Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesinin nəticələri açıqlanıb. Nəticələrə uyğun olaraq qəbul olan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılıb.
“Tehsil365” xəbər verir ki, valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər.
Sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust saat 12:00 müəyyən edilib. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcək.
Nəzərinizə çatdırmaq istəyirik ki, şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir.