Təhsil 365 - Logo Mobile

Müsahibə mərhələsinin üçüncü günü keçirilib

9922.08.2025 - 16:28
Müsahibə mərhələsinin üçüncü günü keçirilib

22 avqust tarixində müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin üçüncü günü baş tutub.

İnsan resurları mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, bu mərhələdə riyaziyyat, informatika, fransız dili, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, fiziki tərbiyə, musiqi və Azərbaycan dili fənləri üzrə müsahibələr təşkil olunub. Gün ərzində ümumilikdə 977 namizəd müsahibələrdə iştirak edib.

Qeyd edək ki, namizədlər şəxsi səhifələrində göstərilən tarixdə müsahibədə iştirak etmədikləri halda bu, vakant yerdən imtina kimi qeydə alınır və həmin şəxslərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin edilmir.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...