Təhsil 365 - Logo Mobile

Azərbaycanda hərbi təhsil sisteminin mərhələləri açıqlanıb

10323.08.2025 - 10:10
Azərbaycanda hərbi təhsil sisteminin mərhələləri açıqlanıb

Azərbaycanda hərbi kadr hazırlığı dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə çoxpilləli sistem əsasında həyata keçirilir. Müdafiə sahəsində verilən məlumata görə, bu sistem üç əsas istiqaməti əhatə edir: orta, ali və ixtisasartırma təhsili.

Birinci mərhələ orta hərbi təhsildir. Hazırda Cəmşid Naxçıvanski adına hərbi lisey bu sahədə mühüm rol oynayır. Liseydə şagirdlər ümumi orta məktəb fənləri ilə yanaşı, hərbi nizam-intizam, hərbi biliklər və fiziki hazırlıq üzrə xüsusi proqramlarla təlim alırlar. Məqsəd gələcəkdə ali hərbi məktəblərə qəbul üçün kadr bazası yaratmaqdır.

Növbəti mərhələ ali hərbi təhsildir. Bu sahə Milli Müdafiə Universitetinə daxil olan ali məktəblərdə təşkil olunub. Burada zabit hazırlığı mühəndislik, aviasiya, artileriya, rabitə, sərhəd xidməti və digər ixtisaslar üzrə aparılır. Təhsil müddətində tələbələr həm nəzəri, həm də praktiki biliklər əldə edir, müasir hərbi texnika və texnologiyalardan istifadə qaydalarını öyrənirlər.

Üçüncü mərhələni ixtisasartırma və qısamüddətli hazırlıq kursları təşkil edir. Bu kurslara artıq xidmət edən hərbi qulluqçular cəlb olunur. Onların məqsədi hərbçilərin bilik və bacarıqlarını yeniləmək, müasir döyüş hazırlığı və taktiki yeniliklərlə tanış etməkdir.

Müdafiə Nazirliyindən bildirilib ki, hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər ordunun peşəkar kadr potensialının möhkəmləndirilməsinə, eyni zamanda milli təhlükəsizliyin təminatına xidmət edir.

Qəmər Kazımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...