Təhsil 365 - Logo Mobile

Təkrar sertifikatlaşdırmanın müsahibələri ilə bağlı məlumatlar şəxsi kabinetlərə göndərilib

8124.08.2025 - 16:50
Təkrar sertifikatlaşdırmanın müsahibələri ilə bağlı məlumatlar şəxsi kabinetlərə göndərilib

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin növbəti mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

İnsan resursları mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, burada onların müsahibədə iştirak edəcəyi tarix və məkan barədə ətraflı məlumat əksini tapıb.

Qeyd edək ki, təkrar sertifikatlaşdırma üzrə müsahibələr 27 avqust tarixindən etibarən təşkil olunacaq.

Sertifikatlaşdırmanın nəticələrinə əsasən, test imtahanlarında keçid balı toplamış şəxslərin əməkhaqqına 10 faiz, 51 və daha yüksək bal əldə edənlərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Sözügedən əlavələr yalnız müsahibə mərhələsini uğurla başa vuran müəllimlərə şamil ediləcək.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...