Təhsil 365 - Logo Mobile

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başlayır

10225.08.2025 - 15:15
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başlayır

Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

İnsan resursları mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, müsabiqədə 5593 namizədin iştirakı planlaşdırılır. İmtahanlar 29 imtahan mərkəzində təşkil olunacaq.

Qeyd olunur ki, namizədlər yalnız şəxsi səhifələrində göstərilən tarix və məkanda imtahanda iştirak edə biləcəklər. Qeydiyyata gecikən şəxslər imtahan binasına buraxılmayacaq.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...