Təhsil 365 - Logo Mobile

Kolleclərə qəbul üçün ixtisas seçimi bu gün başa çatır

11302.09.2025 - 15:57
Kolleclərə qəbul üçün ixtisas seçimi bu gün başa çatır

Tam (11 illik) orta təhsil bazasında kolleclərə və ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da yekunlaşır.

“Təhsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, abituriyentlər 20-dək ixtisas kodunu seçərək, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” nə daxil edib təsdiqləməlidirlər.

Qeyd olunub ki, yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər müsabiqədə iştirak edə biləcəklər.

Məlumata görə, orta ixtisas təhsili müəssisələrinin ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında, ali təhsil müəssisələrinin vakant yerlərinin siyahısı isə həmin jurnalın 7-ci sayında dərc olunub.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...