Təhsil 365 - Logo Mobile

Kolleclərə yeni direktor müavinləri təyin olunub

10203.09.2025 - 08:34
Kolleclərə yeni direktor müavinləri təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə bir sıra kolleclərə yeni direktor müavinləri təyin edilib. Belə ki, Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə, Aytən Ağayeva isə UNEC nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

“Tehsil365” xəbər verir ki, Nərmin Hətəmova ADPU-da bakalavr, Corc Vaşinqton Universiteti ilə birgə beynəlxalq ikili proqramda isə magistratura təhsili alıb. O, uzun illər satınalma, logistika və insan resursları sahəsində çalışıb, son olaraq BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini olub. Emil Vahabov isə NDU və Lənkəran Dövlət Universitetində təhsil alıb, hazırda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorantdır. O, 20-dən çox elmi məqalənin müəllifi olmaqla yanaşı, müəllim və məktəb direktoru kimi də fəaliyyət göstərib. Aytən Ağayeva isə uzun illər UNEC nəzdində Qida Sənayesi Kollecində çalışıb, son təyinatadək şöbə müdiri olub.

Qeyd edək ki, hər üç şəxsin təcrübəsi və elmi fəaliyyəti onların təhsil müəssisələrinin idarə edilməsində mühüm töhfə verəcəyini göstərir. Yeni təyinatların həm tələbələrə, həm də kolleclərin akademik mühitinə müsbət təsir edəcəyi gözlənilir.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...