Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün, saat 23:59-da yekunlaşacaq.
“Tehsil365” xəbər verir ki, ixtisas seçmək hüququ olan abituriyentlər https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər. Qeyd edilib ki, müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından əldə etmək mümkündür. Bundan əlavə, jurnal www.abiturient.az saytından və Wolt tətbiqi üzərindən sifariş oluna bilər.
Həmçinin, jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və DİM-in internet səhifəsinin "Elektron xidmətlər" bölməsindən ödəniş etməklə əldə etmək olar. Bunun üçün “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidmətindən istifadə edilməlidir: http://eservices.dim.gov.az/ejurnal