Təhsil 365 - Logo Mobile

11 illik baza üzrə kolleclərə II tur seçimi bu tarixdə keçiriləcək

14803.09.2025 - 12:00
11 illik baza üzrə kolleclərə II tur seçimi bu tarixdə keçiriləcək

11 illik orta təhsil bazasında kolleclərə qəbulun II turu 10 sentyabrdan sonra təşkil ediləcək. Qəbul prosesi Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara uyğun aparılacaq.

“Tehsil365” xəbər verir ki, II tur yalnız boş qalan yerlər üzrə keçiriləcək və abituriyentlər seçimlərini elektron ərizə formasını doldurmaqla təsdiqləməli olacaqlar. Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiqləyən namizədlər buraxılacaq.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalı həm ənənəvi satış məntəqələrindən, həm də www.abiturient.az saytı üzərindən əldə etmək mümkün olacaq.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...