Təhsil 365 - Logo Mobile

RPİ-də növbəti elmi seminar keçirilib

36404.09.2025 - 08:27
RPİ-də növbəti elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib.

“Tehsil365” xəbər verir ki,seminarın açılışında institutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva seminarda müzakirə olunan mövzuların əhəmiyyətini vurğulayıb. O bildirib ki, radiasiya texnologiyalarının müasir elmdə və sənayedə tətbiq sahələri durmadan genişlənir. Bu cür elmi müzakirələr yeni tədqiqat istiqamətlərinə yol açmaqla yanaşı, doktorantları daha sərbəst düşünməyə və elmi təşəbbüslər göstərməyə sövq edir.

Seminarda doktorant İlahə Abdullayeva “γ-şüalarla modifikasiya olunmuş Bi₀.₈₅Sb₀.₁₅ bərk məhlulunun termo və maqnitotermoelektrik xassələri” mövzusunda çıxış edib. Təqdimatda Bi₀.₈₅Sb₀.₁₅ yarımkeçirici materialının γ şüaları ilə şüalandırılması nəticəsində strukturunda baş verən dəyişikliklərin onun termoelektrik və maqnitotermoelektrik göstəricilərinə təsiri elmi əsaslarla izah olunub. Materialın potensial tətbiq sahələri də iştirakçıların diqqətinə çatdırılıb.


Ardınca doktorant Əfsun Abiyev isə “Qamma şüalanma və termik işlənmənin TiN nanokristalların struktur xassələrinə təsiri” mövzusunda təqdimatla çıxış edib. O, TiN (Titanium Nitride) nanokristallarının radiasiya və termik təsirlərə məruz qaldıqda kristal quruluşunda baş verən dəyişiklikləri və bu dəyişikliklərin materialın funksional xassələrinə təsirini elmi əsaslarla izah edib.

Hər iki təqdimatın sonunda sual-cavab sessiyaları və elmi müzakirələr aparılıb.

Aysu Məmmədli

Haber akışı

Şu anda haber akışın da haber yok...