İDP çərçivəsində Çində oxuyacaq BMU tələbələri Pekin şəhərindədir
“Tehsil365”xəbər verir ki,Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı (iDP) çərçivəsində ilk tələbə qrupu sentyabrin 8-də Çin Xalq Respublikasına yola salınıb.
Artiq Pekin şəhərində olan BMU tələbələrinin burada yașayıșı, təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Tələbələr tədris prosesinə sentyabrin 15-də başlayacaq
Çinin aparıcı ali təhsil müəssisəsi ilə birgə həyata keçirilən proqram Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisaslarını əhatə edir. 2+2 modelinə əsaslanan proqrama uyğun olaraq BMU-da I, I kursları uğurla bașa vuran tələbələr növbəti kursları PKTU-da oxuyacaqlar. Sonda isə tələbələr iki universitetin diplomunu əldə edəcəklər.
Bu, Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır və insan kapitalının inkişafı, elmi-texniki tərəqqi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımindan mühüm əhəmiyyət kəsb edir. BMU tələbələri proqramın yaratdığı imkanlardan yararlanmaqla Çin universitetlərinin müasir elmi bazası üzərində biliklərini dərinləşdirəcək, ən son standartlara uyğun bacarıqlara yiyələnəcəklər. Iki universitet arasında qurulan əməkdaşlığa əsasən gerçəkləşdiriləcək birgə layihələr və elmi araşdırmalar ölkəmizdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə töhfə verməklə yanașı, Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir. Təhsil sahəsində güclənən əməkdaşlıq "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində qarşılıqlı etimadin və humanitar əlaqələrin inkişafına əlavə stimul verir.