Təhsil 365 - Logo Mobile

Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qeydiyyat başladı

3309.09.2025 - 11:39
Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-dan start verilib.

“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bilidirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...