Təhsil 365 - Logo Mobile

9 illik bazadan orta ixtisas təhsilinə qəbul olanlar üçün elektron qeydiyyat başlayır

11010.09.2025 - 06:00
9 illik bazadan orta ixtisas təhsilinə qəbul olanlar üçün elektron qeydiyyat başlayır

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə bu gün saat 11:00-da start veriləcək.

“Tehsil365” xəbər verir ki, qəbul olunmuş şəxslər //portal.edu.az saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Aysu Məmmədli

Haber akışı

Şu anda haber akışın da haber yok...