Təhsil 365 - Logo Mobile

DİM-də növbəti GRE General Test imtahanı keçirəcək

10110.09.2025 - 06:58
DİM-də növbəti GRE General Test imtahanı keçirəcək

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2025-ci il sentyabrın 12-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

Bu barədə “Tehsil365” ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Aysu Məmmədli

Haber akışı

Şu anda haber akışın da haber yok...