Təhsil 365 - Logo Mobile

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanının nəticələri açıqlanıb

3110.09.2025 - 07:48
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanının nəticələri açıqlanıb

Sentyabrın 9-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) I mərhələ seçmə imtahanı keçirilib.

“Təhsil365” xəbər verir ki, seçmə imtahanının nəticələrinə əsasən, ən yüksək bal toplamış 31 nəfər şagird hazırlıq dərslərinə cəlb olunacaq. Hazırlıq dərslərinin qrafiki barədə məlumat şagirdlərə əlavə olaraq təqdim olunacaq. Digər iştirakçılar isə öz nəticələrini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənə bilərlər.

Aysu Məmmədli

Haber akışı

Şu anda haber akışın da haber yok...