Təhsil 365 - Logo Mobile

Kolleclərə əlavə yerləşdirmə üzrə qeydiyyat başlayıb

9111.09.2025 - 07:12
Kolleclərə əlavə yerləşdirmə üzrə qeydiyyat başlayıb

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə bu gün saat 11:00-da start veriləcək.

“Tehsil365” xəbər verir ki, qəbul olunmuş şəxslər //portal.edu.az saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Aysu Məmmədli

Haber akışı

Şu anda haber akışın da haber yok...