Təhsil 365 - Logo Mobile

Tələbələrin innovativ ideyaları üçün ‘IDEALISE’ inkubasiya proqramı elan edildi

9812.09.2025 - 06:49
Tələbələrin innovativ ideyaları üçün ‘IDEALISE’ inkubasiya proqramı elan edildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rəqəmsallaşdırma departamentinin startap və TTO şöbəsi tələbələrin innovativ ideyalarını dəstəkləmək məqsədilə “IDEALISE” inkubasiya proqramını elan edib.

“Tehsil365” xəbər verir ki, proqram tələbələrin ideyalarının prototip və minimal işlək məhsul (MVP) mərhələsinə gətirilməsinə şərait yaradacaq. İştirakçılar intensiv təlimlərdə iştirak edəcək, peşəkar mentorların dəstəyini alacaq, komanda quruculuğu, bazar araşdırması, rəqib analizi və təqdimat bacarıqları üzrə bilik və təcrübələrini artıracaqlar.

Proqramın yekun mərhələsində komandalar öz layihələrini Pitch Day və Demo Day tədbirlərində təqdim edəcəklər. Təqdimatlar nəticəsində seçilən ən uğurlu 5 komanda mükafatlandırılacaq. Hər komanda üçün 5000 AZN məbləğində mükafat nəzərdə tutulub.

Son qeydiyyat tarixi: 25 sentyabr

Aysu Məmmədli

Haber akışı

Şu anda haber akışın da haber yok...