Təhsil 365 - Logo Mobile

Bakı III Beynəlxalq apiterapiya və təbiət konqresinə ev sahibliyi edəcək

10912.09.2025 - 09:50
Bakı III Beynəlxalq apiterapiya və təbiət konqresinə ev sahibliyi edəcək

21–23 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi keçiriləcək. Tədbir Naxçıvan Dövlət Universiteti, Qaradəniz Texnik Universiteti, Gümüşhane Universiteti və ARETN Botanika İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda – üz-üzə və onlayn şəkildə reallaşacaq.

Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, 2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Trabzonda keçirilən konqres apiterapiya və təbiətə əsaslanan elmlər sahəsində görkəmli tədqiqatçıları bir araya gətirməyi, elmi müzakirələrə, əməkdaşlığa və yeni layihələrin inkişafına töhfə verməyi hədəfləyir.

Məlumata görə, IANCO25 çərçivəsində təqdim olunacaq bütün məqalələr ciddi ekspertiza prosesindən keçiriləcək. Qəbul edilən məqalələr “Konqres materialları” jurnalında, seçilmiş tam mətn məqalələr isə hakem rəylərindən sonra beynəlxalq indeksli “Journal of Apitherapy and Nature” jurnalında dərc olunacaq.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...