Cənub-Şərqi Asiyada müsəlmanların dini etiqadları ilə bağlı maraqlı tendensiyalar müşahidə olunur. Gənc nəsil valideynlərindən daha dindar olduğunu bildirir.
“Tehsil365” “ Al jazeera”ya istinadən xəbər verir ki, sosioloji araşdırmalara görə, Cənub-Şərqi Asiyada hər üç müsəlmandan biri özünü valideynlərindən daha dindar hesab edir. Sorğu iştirakçılarının yalnız 21 faizi dinə yaşlı nəslə nisbətən daha az bağlı olduqlarını deyib. Respondentlərin 45 faizi isə valideynləri ilə eyni etiqad dərəcəsinə sahib olduqlarını bildirib.
Nəticələr göstərir ki, bölgədəki müsəlmanların 91 faizi sağlamlıqla yanaşı, Allahla güclü əlaqəni həyatda əsas prioritet hesab edir. İkinci yerdə ailə dəyərləri dayanır. Sorğuda iştirak edənlərin 34 faizi varlı olmağı vacib saydığı halda, 28 faizi şəxsi maraqlar və hobbilərin sərvətdən üstün olduğunu vurğulayıb.