Məscid Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndi ərazisində yerləşir. İbadət evi 1324-1325-ci illərdə tikilib. Bu ibadətgahın qapı yerinin çatmasında iri nəsx xətti ilə farsca kitabədə yazılıb: “Yeddi yüz iyirmi beşinci ildə (1324-25) yarandı”.
“Tehsil365” “sirat.az”a istinadən xəbər verir ki, məscid düzbucaqlı formadadır və XVII əsrin əvvəllərində ona böyük bir bina əlavə edilib.
İbadət evi bir neçə dəfə bərpa olunub. İbadətgahın digər kitabəsində göstərilir ki, məscidi 1732-ci ildə kənd sakini Məhəmməd Rza bərpa edib.