Təhsil 365 - Logo Mobile

Hadrut qəsəbəsində yeni məscid istifadəyə verildi

12314.09.2025 - 10:20
Hadrut qəsəbəsində yeni məscid istifadəyə verildi

Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni məscidin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də keçirilən tədbirdə iştirak edib.

“Tehsil365” xəbər verir ki, bu barədə məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifəsində paylaşılıb. Tədbir zamanı Prezidentə “PMD Projects” MMC tərəfindən Hadrut yaşayış məhəlləsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, qəsəbədə “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. İnşaat işləri 3,6 hektar ərazini əhatə edir.

Qeyd olunub ki, Hadrut qəsəbəsində inşa olunan məscidin təməli 2021-ci ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır və burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkündür. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Fasad hissəsində milli ornamentlərə uyğun bəzək elementləri tətbiq olunub.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən bölgədə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin bərpası və yeni məscidlərin inşası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Elnarə İslamova

Haber akışı

Şu anda haber akışın da haber yok...