Təhsil 365 - Logo Mobile

İttifaq üzvləri ilə görüşlər keçirilib

10614.09.2025 - 11:00
İttifaq üzvləri ilə görüşlər keçirilib

Yeni tədris ilinin başlanması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin sədri Ziyafət Xasiyeva bir sıra ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşlər keçirib.

Elm va Təhsil işçiləri Həmkarlar ittifaq Şəki rayon komitəsindən “Tehsil365”ə məlumat verilib ki, görüşlər Kimya-Biologiya təmayüllü liseydə, şəhər 12 və 17 nömrəli məktəblərdə, eləcə də Şorsu, Qoxmuq, Çələbixan, Daşüz və Köbər Zəyzid kənd tam orta məktəblərində təşkil olunub.

Komitə sədri görüşlərdə təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı ilə maraqlanıb, müəllimlərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması, həmkarlar ittifaqlarının bu istiqamətdə üzərinə düşən vəzifələr barədə danışıb. Həmçinin ötən dövrdə görülən işlər və qarşıdakı fəaliyyət istiqamətləri müzakirə edilib.

Görüşlər zamanı müəllimlərin rəy və təklifləri dinlənilib, onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...