Sentyabrın 14-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının və Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi rəsmi səhifəsində paylaşım edib.Açılışda Elm və təhsil naziri Emin Əmrullayev, universitetin rektoru Şahin Bayramov və fakültənin dekanı Samir Babayev də iştirak ediblər. Onlar dövlət başçısına yeni tədris korpusunun imkanları, müasir tibbi avadanlıqlar və tələbələr üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər. Prezident İlham Əliyev fakültənin gələcək fəaliyyətinin və tələbələrin təhsil imkanlarının yüksək səviyyədə olacağına əminliyini bildirib.
Rəsmi məlumat Elm və Təhsil Nazirliyinin səhifəsində paylaşılıb. Yeni tədris ilindən etibarən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq və tələbələr müasir tədris mühitində təhsil almağa başlayacaqlar.