Təhsil 365 - Logo Mobile

Deputat Ceyhun Məmmədov təhsildəki aktual məsələləri müzakirə etdi

6414.09.2025 - 13:59
Deputat Ceyhun Məmmədov təhsildəki aktual məsələləri müzakirə etdi

Milli Məclisin üzvü Ceyhun Məmmədov Baku.tv-də yeni tədris ilinə hazırlıq və ölkəmizdə təhsilin qarşısında duran məsələlər barədə geniş müzakirə aparıb.

“Tehsil365” xəbər verir ki, bu barədə deputat rəsmi səhifəsində paylaşım edib.O, məktəblərdə şagird sıxlığını, dərsliklərin mürəkkəb dilini, çantaların ağırlığını və repetitorluğun geniş yayılmasını diqqətə çatdırıb. Deputat təhsildə bu problemlərin həlli yolları barədə fikirlərini bölüşüb və valideynlərə, müəllimlərə tövsiyələr verib.

Ceyhun Məmmədovun sözlərinə görə, təhsildə keyfiyyətin yüksəldilməsi üçün dərsliklərin sadələşdirilməsi, məktəb infrastrukturunun gücləndirilməsi və repetitorluğun məhdudlaşdırılması vacibdir. Deputat bu mövzuda ətraflı müzakirənin aparılmasını və ictimaiyyətin məlumatlandırılmasını vacib hesab edir.

Bu müzakirəni dinləməyi tövsiyə edirik.

Elnarə İslamova

Haber akışı

Şu anda haber akışın da haber yok...