Azərbaycanda Bilik Günü kimi qeyd olunur. 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu gün rəsmi şəkildə “Bilik Günü” elan edilib. Həmin ildən etibarən ölkənin bütün təhsil müəssisələrində yeni dərs ili məhz 15 sentyabrda başlayır.
“Tehsil365” xəbər verir ki, sovet dövründə Azərbaycanda məktəblərdə dərs ili 1 sentyabrda açılırdı. Müstəqillik illərində müxtəlif səbəblərə görə dərslərin başlama tarixi bir neçə dəfə dəyişdirilib. Nəhayət, 2004-cü ildən etibarən 15 sentyabr sabit tarix kimi qəbul olunub və bu gün hər il böyük təntənə ilə qeyd olunur.
Bu gün Respublikanın bütün məktəb və ali təhsil müəssisələrində ilk dərs zəngi çalınıb. Tədbirlərdə müəllimlər və valideynlər şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, təhsilin əhəmiyyətindən danışıblar.
Xüsusi olaraq birinci sinfə qədəm qoyan uşaqlar üçün Bilik Günü əlamətdar hadisədir. Onlar bu gündən etibarən təhsilin ilk pilləsinə qədəm qoyaraq, yeni bilik və bacarıqlar qazanmağa başlayırlar.
Qeyd edək ki, hər il olduğu kimi, 2025–2026-cı tədris ilində də ilk dərs vətənpərvərlik mövzularına həsr olunub.
Bilik Günü münasibətilə bütün müəllim, şagird və tələbələrimizi təbrik edirik!