Təhsil 365 - Logo Mobile

MDU müəllimləri beynəlxalq sertifikasiya yolunda addım atdı

11915.09.2025 - 07:04
MDU müəllimləri beynəlxalq sertifikasiya yolunda addım atdı

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının 7 müəllimi bu gün TKT (Teaching Knowledge Test) Module 1 imtahanında iştirak edib. Universitet müəllimlərin peşəkar inkişaf yolunda atdıqları bu addımı yüksək qiymətləndirir və onlara uğurlar arzulayır.

“Tehsil365” xəbər verir ki, bununla yanaşı, “İngilis dilinin qiymətləndirilməsi və tədrisi” layihəsi çərçivəsində 40 əməkdaş oktyabrın 6-dan başlayacaq ödənişsiz İngilis dili kursunda iştirak edəcək. Təlimlər British Council, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və MDU əməkdaşlığı ilə 160 akademik saatlıq hibrid proqram üzrə keçiriləcək.

Bu təşəbbüslər MDU-nun beynəlxalq standartlara uyğun tədris mühitinə doğru atdığı inamlı addımlardır.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...