2025-ci il üçün KYK yataqxana müraciətləri artıq başa çatıb. Minlərlə tələbə təhsil ilinə hazırlıq görür və ən çox gözlənilən məqam isə yataqxana müraciət nəticələrinin elan edilməsidir. Rəsmi olaraq hələ nəticələrin açıqlanma tarixi bildirilməsə də, keçmiş illərə baxıldığında KYK yataqxana müraciət nəticələri əsasən sentyabr ayının ilk həftəsində elan edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu il də ənənəyə uyğun olaraq nəticələrin sentyabrın ilk günlərində açıqlanacağı gözlənilir. Tələbələr nəticələri e-Devlet platforması üzərindən yoxlaya biləcəklər. Nəticələrin dərcindən sonra tələbələrə qəbul olunduqları yataqxana barədə ətraflı məlumat veriləcək.
Yataqxanalara qəbul olunanlar müəyyən vaxt ərzində qeydiyyat prosesini tamamlamalı olacaqlar. Qeydiyyat zamanı tələb olunan sənədlər və prosedurlar barədə məlumat isə KYK və Gənclik və İdman Nazirliyinin rəsmi kanallarında paylaşılacaq.
Müraciət nəticələrinin açıqlanması tələbələr üçün mühüm mərhələdir. Çünki yataqxana yerləri həm maddi baxımdan dəstək təmin edir, həm də tələbələrin təhsil həyatında rahatlıq yaradır.