Təhsil 365 - Logo Mobile

BSU-da daxili təqaüd proqramlarının qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

28515.09.2025 - 12:03
BSU-da daxili təqaüd proqramlarının qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

Bakı Slavyan Universitetində (BSU) tələbələrin akademik nailiyyətlərini stimullaşdırmaq məqsədilə təsis edilən daxili təqaüd proqramlarının qaliblərinin adları açıqlanıb.

“Tehsil365” xəbər verir ki, Rektor Anar Nağıyevin təşəbbüsü ilə həyata keçirilən bu proqram tələbələrin həm maliyyə, həm də təhsil imkanlarını genişləndirir.

Qaliblər “Yeni dövrün gəncliyi” daxili təqaüd proqramı, “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” və “Oğlan tələbələr üçün təqaüd proqramı” üzrə müəyyən edilib. Onlar 200 AZN məbləğində təqaüd qazanıblar. Bununla yanaşı, yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr üçün əlavə fürsət yaradılıb – 2025–2026-cı tədris ilində BSU-nun xarici universitetlərlə əməkdaşlığı çərçivəsində təşkil olunacaq beynəlxalq mübadilə proqramlarında birbaşa iştirak hüququ əldə ediblər.

Bu addım tələbələrin həm elmi, həm də mədəni inkişafına təkan verməklə yanaşı, BSU-nun beynəlxalq təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Nigar Rəhimova

Haber akışı

Şu anda haber akışın da haber yok...