Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran rayonunda vətəndaş qəbulunu keçirib. Qəbulda Şabranla yanaşı Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından gələn sakinlər də iştirak edib.
“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Görüşdə vətəndaşlar əsasən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin edilməsi, məscidlərə dini ədəbiyyatın verilməsi, bölgədə dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər aktual məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Ramin Məmmədov qaldırılan məsələləri diqqətlə dinləyib, müvafiq qurumlara araşdırma və həll üçün tapşırıqlar verib. Komitə sədri bildirib ki, dini dəyərlərin qorunması, sağlam dini mühitin formalaşdırılması və maarifləndirmə işlərinin davamlı olması üçün bu cür görüşlər mühüm əhəmiyyət daşıyır.