Təhsil 365 - Logo Mobile

Cəbrayılda Bilik Günü münasibətilə tədbir keçirilib

10315.09.2025 - 16:40
Cəbrayılda Bilik Günü münasibətilə tədbir keçirilib

Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Bilik Günü münasibətilə tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl Rayon Təhsil Sektorunun müdiri Zamiq Qurbanov, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb rəhbərliyinin və qonaqların çıxışlarından sonra bədii hissə şagirdlərin çıxışları ilə davam edib.

Şəfa Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...