Sentyabrın 15-də Bakı Slavyan Universitetinin həmkarları, tələbələri və valideynlərinin iştirakı ilə “Bilik günü” tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev hər iki tədris binasında ilk dərslərdə iştirak edib, BSU nəznində olan Məktəb-lisey kompleksində dərslərin təşkili vəziyyəti ilə tanış olub.
Birinci tədris ilində təhsil alan 11 nəfər tələbə “Regionlardan olan qızların təhsilinin dəstəklənməsi”, “İbtidai sinif və xarici dil müəllimliyi ixtisaslarında oğlanların iştirakına dəstək”və “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramlarının sertifikatları təqdim edildib. Adlı təqaüdləri qazanmış tələbələr aylıq ödənişlərlə yanaşı Albaniya, Bolqarıstan, Polşa və ya Özbəkistanda yerləşən tərəfdaş universitetləridə mübadilə proqramlarında iştirak edəcəkdir.