2025–2026-cı tədris ilinə hazırlıq çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan 80 təhsil müəssisəsində infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülüb.
Qazax-Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, 70 məktəbdə cari təmir, 8 məktəbdə əsaslı təmir, 2 məktəbdə isə yenidən tikinti işləri həyata keçirilib.
Görülən işlər dövlətin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir öyrənmə mühitinin yaradılmasına və bərabər təhsil imkanlarının təmin edilməsinə xidmət edir.