Təhsil 365 - Logo Mobile

Direktorların işə qəbulu qaydalarının detalları açıqlanıb

12416.09.2025 - 10:29
Direktorların işə qəbulu qaydalarının detalları açıqlanıb

Təhsil Nazirliyi direktorların işə qəbulu ilə bağlı yeni qaydaların detallarını açıqlayıb. Qaydalara əsasən, seçim prosesi mərhələli şəkildə həyata keçiriləcək və namizədlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi təmin olunacaq.

“Tehsil365” xəbər verir ki, müsabiqə test imtahanı, müsahibə və digər mərhələləri əhatə edəcək. Namizədlərin pedaqoji təcrübəsi, idarəetmə qabiliyyəti, strateji düşünmə və kommunikasiya bacarıqları xüsusi qiymətləndirmə meyarları sırasında olacaq.

Qurum rəhbərliyi qeyd edib ki, əsas məqsəd məktəb rəhbərliyində şəffaflıq və peşəkarlığı artırmaqdır.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...