Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq olunmağa başlanıb.
“Tehsil365” xəbər verir ki, bu yenilik İnsan resurslarının idarə olunması sahəsində innovativ yanaşmaya əsaslanır və 12 sentyabr 2025-ci il tarixində keçirilən Elmi Şura iclasında təsdiqlənib.
Yeni sistem çərçivəsində pedaqoji heyətin fəaliyyət göstəricilərinə uyğun olaraq əməkhaqlarına xüsusi əlavələr ediləcək. Bu isə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin genişlənməsinə və müəllimlərin peşəkarlığının artırılmasına xidmət edəcək.