Təhsil 365 - Logo Mobile

Xəzər Universitetinin nümayəndələri Buxaraya səfər edib

3716.09.2025 - 17:10
Xəzər Universitetinin nümayəndələri Buxaraya səfər edib

Xəzər Universitetinin nümayəndə heyətinin Buxaraya səfəri yubiley tədbiri, beynəlxalq konfrans və yeni əməkdaşlıqlar baxımından əlamətdar oldu.

“Tehsil365” xəbər verir ki, bu barədə Xəzər Universiteti məlumat verib.

Qeyd olunub ki, səfər Buxara Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş mərasimlə başladı. Tədbirdə çıxış edən universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. akad. Hamlet İsaxanlı, rektor Raziyə İsayeva və fakültə dekanı Milana Abbasova Buxara Dövlət Universitetinin elm, təhsil və mədəniyyət sahəsində tarixi rolunu vurğuladılar.

Daha sonra nümayəndə heyəti “Cadidlər: Milli Özlük, Hüquqi Mədəniyyət və Dövlətçilik İdeyaları” mövzusunda beynəlxalq konfransda iştirak etdi. H. İsaxanlı “Təhsil, Maarifçilik və Milli Kimlik” mövzusunda məruzə ilə çıxış etdi. O, maarifçilik ideyalarının bu gün də aktuallığını önə çəkdi. Rektor və fakültə dekanı isə Azərbaycan-Özbəkistan təhsil əməkdaşlığının inkişaf perspektivlərini qeyd etdilər.

Konfrans çərçivəsində Buxara Dövlət Universitetinin fakültə rəhbərləri ilə görüş keçirildi. Xəzər Universiteti haqqında təqdimat edilib, birgə layihələr, tədqiqatlar və mübadilə proqramları üzrə əməkdaşlıq imkanları müzakirə olundu.

Səfər zamanı Xəzər Universiteti ilə Buxara Dövlət Universiteti, Asiya Xalqları Universiteti və Buxara Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqavilələri imzalandı. Bu sənədlər birgə tədqiqat, akademik mübadilə, yeni tədris layihələri və mədəni tədbirlər üçün geniş imkanlar yaradacaq.

Buxara səfəri Azərbaycan və Özbəkistan arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...