Təhsil 365 - Logo Mobile

BAAU yeni ișə başlayacaq müəllimlərlə görüș keçirib

12517.09.2025 - 05:58
BAAU yeni ișə başlayacaq müəllimlərlə görüș keçirib

BAAU rəhbərliyi yeni akademik heyətlə görüş keçirilib

“Tehsil365”Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliy 2025/2026-cı tədris ilində yeni ișə başlayacaq müəllimlərlə görüș keçirib.

Universitetin rektoru, dos. Səyavuş Qasımov müəllimləri yeni fəaliyyətə başlamaları münasibətilə təbrik edərək onların peșəkarlığının keyfiyyətli təhsil.və elmi-tədqiqat mühitinin formalaşmasında həlledici rol oynadığını vurğulayıb. O, həmçinin müstəqil Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan BAAU-nun son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Rektor akademik heyətin gənc və peşəkar kadrlarla davamlı olaraq gücləndirilməsinin, rəqabətqabiliyyətli məzunların hazırlanmasının və onların əmək bazarında mövqelərinin möhkəmləndirilməsinin universitet üçün əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. O, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və nəticələrinin əhəmiyyətlilik dərəcəsinin yüksəldilməsi istiqamətində atılacaq addımları da qeyd edib.

Görüşdə BAAU-nun tədris işləri üzrə prorektoru, dos. Nigar Hüseynova çıxış edərək vakansiya müsabiqəsində uğur qazanmış gənc müəllimləri təbrik edib, onlara məsuliyyətli peșə yolunda uğurlar diləyib və tədrisin keyfiyyətli təșkilində fəal iştirak edəcəklərinə inandığını bildirib.

Eyni zamanda, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dos. Mütəllim Rəhimov da yeni müəllimləri təbrik edərək öz tövsiyələrini bölüşüb.

Tədbirin sonunda müəllimlərin sualları cavablandırılıb.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...