Təhsil 365 - Logo Mobile

Almaniyada təhsil sahəsində əhəmiyyətli dəyişikliklər

21717.09.2025 - 12:33
Almaniyada təhsil sahəsində əhəmiyyətli dəyişikliklər

Almaniyada məktəb və ali təhsil sahəsində bir sıra əhəmiyyətli dəyişikliklər həyata keçirilib.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Təhsil Nazirlərinin Konfransı (KMK) və Almaniya Sinti və Roma Mərkəzi Şurası 2025-ci ilin mart ayında yeni tövsiyələr qəbul edərək, xəstə uşaqlar və Sinti-Roma icmalarına dəstək proqramlarını işə salıblar.

Məktəblərdə xəstə şagirdlər üçün fərdi təhsil planları hazırlanacaq, müəllimlər tibbi və terapevtik mütəxəssislərlə əməkdaşlıq edəcək. Eyni zamanda Sinti və Roma icmalarının məktəblərdə mədəniyyətlərinin görünürlüğünü artırmaq və özünəgüvənlərini gücləndirmək məqsədilə antitsiganizmə qarşı tədbirlər görüləcək.

Ali təhsil sahəsində də əhəmiyyətli addımlar atılıb. Universitetlərdə beynəlxalq tələbələrin sayı artırılacaq, fiziki və virtual mobillik təşviq ediləcək. Həmçinin ali təhsil müəssisələrində anti-semitizm və İsrailə qarşı düşmənçiliyə qarşı fəaliyyət planları tətbiq olunacaq.

Bununla yanaşı, Almaniyada Potsdam şəhərində Almaniya Rəqəmsal Elmlər Universiteti fəaliyyətə başlayıb. Universitet süni intellekt, kibertəhlükəsizlik, virtual və artırılmış reallıq sahələrində təhsil proqramları təklif edir. Təhsil haqqı illik 7.500 avrodur, inkişaf etməkdə olan ölkələrdən olan tələbələr üçün təqaüdlər mövcuddur.

Nigar Rəhimova

Haber akışı

Şu anda haber akışın da haber yok...