Təhsil 365 - Logo Mobile

Masallıda “Antiterror əməliyyatı”nın ikinci ildönümü ilə əlaqədar film nümayiş olunub

10417.09.2025 - 14:55
Masallıda “Antiterror əməliyyatı”nın ikinci ildönümü ilə əlaqədar film nümayiş olunub

Sentyabrın 17-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Masallı Gənclər evi sosial xidmət müəssisəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Gənclər evinin dəstəyi ilə “Antiterror: 23 saat” adlı sənədli filmin nümayişi olub.

“Tehsil365” xəbər verir ki, öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarına “Antiterror əməliyyatı” haqqında ətraflı məlumat verilib.

Daha sonra isə film nümayiş olunub.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...