Təhsil 365 - Logo Mobile

Qərb bölgəsi üzrə 14 layihə qrant müsabiqəsinin qalibi olub

10417.09.2025 - 14:30
Qərb bölgəsi üzrə 14 layihə qrant müsabiqəsinin qalibi olub

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”nin nəticələri açıqlanıb. Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə ümumilikdə 14 layihə qalib gəlib.

Qazax - Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, qalib layihələrdən 6-sı Şəmkir rayonu, 5-i Ağstafa rayonu, 2-si Qazax rayonu, 1-i isə Tovuz rayonu üzrədir.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və pedaqoqlar arasında sağlam rəqabəti təşviq etmək, həmçinin innovativ fəaliyyətləri dəstəkləməkdir.

Qalib gələn müəlliflərə layihələrini uğurla həyata keçirmələri arzu olunur.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...