Qarabağ Universitetinin Klinikası, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu, həmçinin yeni inşa edilən tələbə yataqxanasından görüntülər ictimaiyyətlə paylaşılıb.
Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, yeni tədris korpusu və klinika müasir tələblərə cavab verən infrastrukturla təmin olunub, tələbələrin nəzəri və praktiki biliklərini inkişaf etdirməsinə imkan yaradacaq. Yataqxana binası isə tələbələrin rahat yaşayışı üçün bütün şəraitlə təchiz olunub.
Qeyd olunub ki, Qarabağ Universitetində görülən işlər regionda ali təhsilin inkişafına, eləcə də tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.