Azərbaycanda səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik Qarabağ Universitetini ziyarət edib.
Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, qonaq Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müşayiətilə universitetin klinikası, Tibb və sağlamlıq elmləri fakültəsi və tələbə yataqxanası ilə tanış olub.
Ziyarət çərçivəsində qonaq mövcud tədris və yaşayış şəraiti ilə tanış olub və bir qrup tələbə ilə görüş keçirib.