Təhsil 365 - Logo Mobile

GDU ilə İzmir Dokuz Eylül Universiteti arasında ikili diplom proqramı davam edir

22417.09.2025 - 15:00
GDU ilə İzmir Dokuz Eylül Universiteti arasında ikili diplom proqramı davam edir

2023/2024-cü tədris ilindən etibarən Gəncə Dövlət Universiteti ilə İzmir Dokuz Eylül Universiteti arasında icrasına başlanmış ikili diplom proqramı uğurla davam edir.

Gəncə Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, müqaviləyə əsasən, GDU-nun Biologiya ixtisasının tələbələri Türkiyədə iki tədris ilini başa vurublar və 2025/2026-cı tədris ilindən etibarən növbəti iki il ərzində Gəncə Dövlət Universitetində təhsil alacaqlar.

Rektor Yusif Yusibov Dokuz Eylül Universitetində təhsillərini uğurla başa vuran tələbələrlə görüş keçirib.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...