Təhsil 365 - Logo Mobile

Regional Universitet-Sənaye birliyi sammiti Mingəçevirdə keçiriləcək

20717.09.2025 - 15:15
Regional Universitet-Sənaye birliyi sammiti Mingəçevirdə keçiriləcək

24 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə Regional Universitet-Sənaye Birliyi Sammiti baş tutacaq.

Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, sammit minlərlə tələbə və gəncin iş dünyası ilə birbaşa əlaqə qurması, real vakansiyalar və praktika imkanları ilə tanış olması üçün unikal fürsət yaradacaq.

Təşkilatçılar Anar Eminov, Tariyel Dövlətov və Mürsəl Rüstəmovaya sammitin uğurla reallaşmasına verdikləri töhfələrə görə təşəkkür ediblər.

Türkan Kərimli

Haber akışı

Şu anda haber akışın da haber yok...