Təhsil 365 - Logo Mobile

KBU rektoru Mehmet Toycan ilə AzTU-nun rektoru Vilayət Vəliyev görüşüb

10218.09.2025 - 06:36
KBU rektoru Mehmet Toycan ilə AzTU-nun rektoru Vilayət Vəliyev görüşüb

AzTU ilə Kipr Bahçeșehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Tehsil365”xəbər verir ki,Azərbaycana səfərə gələn Şimali Kipr Türk Cümhuriyyətinin Kipr Bahçeșehir Universitetinin (KBU) rektoru Mehmet Toycanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub, Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüșüb.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, beynəlxalq əməkdaşlıq, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

KBU-nun rektoru Mehmet Toycan təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, Şimali Kipr Türk Cümhuriyyətindəki ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil müəssisələri ilə tədris və tədqiqat sahəsində əməkdaşlıq qurmasında maraqlı olduğunu deyib.

Görüș zamanı AzTU ilə KBU nümayəndələri arasında təlabə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, ikili diplom proqramları imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...