Təhsil 365 - Logo Mobile

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

12618.09.2025 - 07:14
Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yeni tədris ilinin başlanması münasibətilə bütün üzv təşkilatlar üzrə 1086 şəhid övladına məktəbli formaları və dərs ləvazimatları təqdim olunub.

“Tehsil365”xəbər verir ki, təqdimat zamanı ETİHİ-nin rayon və şəhər komitələrinin rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ailələri ilə görüşüblər.

Çıxış edənlər Azərbaycan dövlətinin daim diqqətində olan şəhid ailələri övladlarının təhsilinə göstərilən dəstəyin xüsusi önəm daşıdığını vurğulayıblar.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...