Fransada təhsil sektorunda narazılıqlar artır. Müəllimlər, məktəb işçiləri və digər dövlət qulluqçuları hökumətin elan etdiyi büdcə kəsintilərinə etiraz olaraq kütləvi aksiyalar və greve çıxmağa hazırlaşırlar.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Fransa hökuməti 2026-cı ilin büdcəsini balanslaşdırmaq üçün müxtəlif sahələrdə xərcləri azaltmağı planlaşdırır. Bu addım xüsusilə təhsil sahəsinə ciddi təsir göstərib. İxtisaslaşmış pedaqoji kadrların maaş artımlarının dayandırılması, məktəblərdə əlavə işçi qüvvəsinin azaldılması və yeni təhsil proqramlarının maliyyələşdirilməsinin məhdudlaşdırılması təhsil ictimaiyyəti tərəfindən kəskin tənqid olunur.
Müəllimlər həmkarlar ittifaqları bildirirlər ki, büdcə kəsintiləri şagirdlərin keyfiyyətli təhsil almasına birbaşa zərbə vuracaq. Onların sözlərinə görə, artıq siniflərdə şagird sayı artıb, bəzi məktəblərdə isə fənlər üzrə müəllim çatışmazlığı mövcuddur. Bu proses davam edərsə, vəziyyətin daha da ağırlaşacağı gözlənilir.
Eyni zamanda valideyn birlikləri də hökumətin qərarını narahatlıqla qarşılayıb. Onlar təhsilin dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, büdcə kəsintilərinin gələcək nəsillərin bilik və bacarıqlarına mənfi təsir göstərəcəyini qeyd edirlər.
Gözlənilir ki, qarşıdakı günlərdə Fransanın müxtəlif bölgələrində kütləvi aksiyalar keçiriləcək. Bu isə məktəblərdə dərslərin pozulmasına və tədris prosesinin müvəqqəti dayanmasına səbəb ola bilər.