Cənubi Koreyada doğum səviyyəsinin azalması ali məktəblərə müraciət edən tələbələrin sayını da kəskin aşağı salıb.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu səbəbdən bir sıra universitetlər ixtisasların bağlanması və ya məktəblərin birləşdirilməsi barədə qərar verməyə başlayıblar. Artıq Mokpo Milli Universiteti və Sunchon Milli Universiteti birləşmək üçün rəsmi müraciət ediblər. Ekspertlər bildirirlər ki, tələbə sayının azalması gələcəkdə daha çox universitetin bağlanmasına səbəb ola bilər.