Təhsil 365 - Logo Mobile

Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan edib

12318.09.2025 - 08:58
Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan edib

Azərbaycan Respublikasının Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan qrant müsabiqəsinin nəticələrini elan edib.

“Tehsil365” xəbər verir ki, 23 iyun – 30 iyul 2025-ci il tarixlərində keçirilən müsabiqə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində qələbənin 5 illiyinə həsr olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində müsabiqənin əsas məqsədi gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və ictimai təşəbbüslərin stimullaşdırılması olub.

Fondun Müşahidə Şurasının qərarına əsasən, ümumilikdə 39 gənclər təşkilatının və 86 gəncin layihə təklifi dəstəklənib. Qalib gələn iştirakçılar 15 oktyabr 2025-ci il tarixinədək qrant müqavilələrinin imzalanması üçün Gənclər Fondunun ofisinə müraciət edə bilərlər.

Müsabiqə qaliblərinin tam siyahısı ilə Fondun rəsmi internet səhifəsində tanış olmaq mümkündür: https://youthfoundation.az/188752/

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...