18 sentyabr – Milli Musiqi Günü münasibətilə Zərnə kənd Mədəniyyət Evində dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edənlər Azərbaycan musiqi mədəniyyətinin inkişafında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin misilsiz xidmətlərini vurğulayıblar.
“Tehsil365” xəbər verir ki, müzakirələrdə iştirakçılar milli musiqinin qorunması və təbliği, gənc nəslin bu irsə bağlılığının artırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Sonda tədbir iştirakçıları milli musiqimizin zəngin ənənələrinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini xüsusi qeyd ediblər.