Təhsil 365 - Logo Mobile

Oğuz rayonunda “Musiqi - ruhun qidasıdır” adlı dəyirmi masa keçirilib

10418.09.2025 - 09:37
Oğuz rayonunda  “Musiqi - ruhun qidasıdır” adlı dəyirmi masa keçirilib

18 sentyabr 2025-ci il tarixdə Oğuz rayonunun Xalxal kənd klubunda, Xalxal kənd kitabxana filialı və klub əməkdaşlarının birgə təşkilatçılığı ilə “Milli Musiqi Günü” və dahi bəstəkar Üzeyir Hacıbəyovun 140 illik yubileyi münasibətilə “Musiqi – ruhun qidasıdır” adlı dəyirmi masa keçirildi.

“Tehsil365” xəbər verir ki, tədbirdə məktəb şagirdləri, müəllimlər, dərnək üzvləri, eləcə də klub və kitabxana işçiləri iştirak etdilər.

Kitabxana və klub əməkdaşlarının məruzələri dinlənildi. Çıxışlarda Azərbaycan musiqisinin dünyada qazandığı şöhrətdən, həmçinin Üzeyir Hacıbəyovun zəngin yaradıcılıq irsindən geniş söhbət açıldı.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...